Gecə-gündüzləri yoxdur, ən az maaşı da onlar alır - Deputat

Gecə-gündüzləri yoxdur, ən az maaşı da onlar alır - Deputat
Polisin gecəsi-gündüzü yoxdur. Amma ən az maaşı da polislər alır.

Miq.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, postsovet məkanında ölkənin təhlükəsizliyinin formalaşdırılmasında ən fəal iştirak edən Azərbaycan polisidir:

"Onların sosial şəraiti gücləndirilməlidir. Biz gecə rahat yatırıqsa, bizi qoruyan polislərin sayəsindədir. I və II Qarabağ savaşında da polislər qəhrəmanlıq göstəriblər. 62 polisə Milli Qəhrəman adı verilib. Mən çox arzulayıram ki, polislərin maaşı artırılsın”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az