Gədəbəyin də öz Ramiz Mehdiyevi var- 150 nəfər vəzifəli şəxs təmtəraqlı ad gününə yığışıb

Gədəbəyin də öz Ramiz Mehdiyevi var- 150 nəfər vəzifəli şəxs təmtəraqlı ad gününə yığışıb

Ölkə gündəmi Ramiz Mehdiyevin nəvəsinin toy məclisi ilə bağlı baş verənlərlə çalxalanarkən, ünvanımıza  Gədəbəy rayonundan məmurların karantin qaydalarını pozduğuna aid daha bir diqqətçəkici məlumat daxil olub.
 
Ovqat.com-un məlumatına görə bu dəfə qanunu pozanlar Ədliyyə Nazirliyinin və Gədəbəy rayonunun yüksək vəzifəliləri olub. 
 
Məlumatda deyilir ki, 18 avqust 2020-ci il tarixdə Xaçmaz cəzaçəkmə müəssisənin rəisi polkovnik Azər Firuddin oğlu İbrahimov rayonun Slavyanka kəndində yerləşən "Meh" istirahət mərkəzində 150 nəfərdən artıq adamın iştirakı ilə özünə təmtaraqlı ad günü keçirıb. Ad günündə ədliyyə generalı Məhərrəm Qafarov, regional Xəzinə İdarəsini rəisi Namiq Məmmədov, rayonun hüquq muhafizə orqanlarının bir sıra əməkdaşları iştirak ediblər. Bu barədə  rayonda xeyli adam məlumatlıdır. 
 
Ümidvarıq ki, Ədliyyə Nazirliyi və aidiyyəti orqanlar məlumatın səhihliyini yoxlayacaq, tədbirin təşkilatçıları, iştirakçiları və bu qanunsuzluğa şərait yaradanlar barədə ölçü götürəcəklər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az