“Gələcəkdə Fikrət bütün Avropa qadınları üçün paltar tikəcək”

“Gələcəkdə Fikrət bütün Avropa qadınları üçün paltar tikəcək”

 “Moda tez-tez dəyişir” deyirik hamımız. Bu nə deməkdir? Bu, o deməkdir ki, kimlərsə öz fantaziyalarındakıları həyata keçirib, hansısa yeniliyi nümayiş etdirib, nəyisə dəbə gətirir. İnsan hər an yenilik axtarışındadır. Həyat və yaradıcılıqları ilə maraqlandığımız, yeri gəldiyində adı keçən sahədə dahi belə adlandırdığımız dizaynerlər, modelyerlər də adi bir insandılar. Sadəcə nəsə düzüb-qoşmaq, bir yenilik ortaya atmaq onların işidir.
Bu günlərdə eşitdik ki, tanınmış rusiyalı model İlona Şvidyuk şəhərimizin qonagıdır. Xanım məşhur modelyer Fikrətlə iş birliyi qurmaq üçün Bakımıza təşrif buyurub. Fürsətdən istifadə edib onunla görüşdük. Söhbətimizə oxucularımız da qoşula bilər.



 - İlona xanım, özünüzü oxucularımıza tanıdardınız...
-Qazaxıstanda anadan olmuşam. 4 yaşım olanda valideynlərim Moskvaya köçüblər. Elə təhsilimi də bu şəhərdə almışam. Məndən başqa ailədə balaca qardaşım da var. Usaq olanda birdən böy atmaga başladım. Usaqlar məktəbdə mənə gülürdülər. Bu da mənə çox pis təsir edirdi. Boyum 185 santimetrdir. Heç kim məni yönləndirmirdi ki, səndən gözəl model ola bilər. Özüm də ki, bu haqda düşünəndə qəribə bir qətiyyətsizlik hiss edirdim. Bir gün oxudugum məktəbdə elan asıldı ki, gözəllik müsabiqəsi keçirilir. Tərəddüd edirdim. Lakin paralel sinifdə çox yaxın rəfiqəm vardı. O məni özü ilə birlikdə apardı. Ikimiz də seçim turundan keçdik. Bir müddət bizə dərslər keçdilər. Podiumda necə yeriməyi öyrətdilər. Mən həmin müsabiqədə 1-ci yerə layiq görüldüm və qalib oldugum üçün mənə hədiyyə olaraq Moskvanın model agentliklərindən biri ilə çalışmaq təklif olundu. İlk öncə mənə elə gəlirdi ki, Moskva ətrafında qalib olmuşamsa, Moskvada da ugurlar əldə edə bilərəm. Amma sonradan anladım ki, bu o qədər də asan olmayacaq. Çünki gözəl qızlar çoxdu. Lakin yenə də bütün reklam aksiyalarında, prezentasiyalarda iştirak edirdim. Bir çox reklam çarxlarında çəkilmişəm. Uzun müddət paltar, kosmetika, zinət əşyalarının reklamlarında çəkilmişəm. Bu 5 il davam etdi. Lakin bu dövr ərzində bir çox gözəllik müsabiqələrində də iştirak etmişəm. Hətta Amerikada oxumaga da dəvət almışam.

-Neçə ildir model biznesindəsiniz və bu illər ərzində ən yüksək qiyməti hansı modelyerə verirsiniz?
-Mən Valentin Yudaşkinin əl işlərindən zövq alıram. Onun kolleksiyası çox zəngindi. İkinci sevdiyim modelyer Olqa İbrahimovadır. O qadınlar üçün paltarlar tiksə də, növbəti il üçün kişilər üçün kolleksiya təqdim edəcək. Olqa xanım olduqca küclü dizaynerdi. Onun kolleksiyası ruhlandırır. O, xanımlar üçün əsl şedevrlər yaradır. Bu modelyerlərin yeganə çatışmayan cəhəti odur ki, onlar hündür qızlar üçün geyimlər tikirlər. Lakin Moskvada bütün qızlar incə, hündür deyil axı. Parametrləri fərqli olan xanımlar da var.
-Elə paltarlar olub ki, onları nümayiş etdirsəniz də, bəyənməyəsiniz?
-Olub. Adətən məşhur kutüryelər gündəlik paltarlar tikmirlər. O paltarlarda gəzintiyə çıxmaq mümkün deyil, onlar gündəlik həyata da yaramırlar.

-Azərbaycanla əlaqələriniz hardan başlayıb?
-Təqribən 1 il əvvəl həyat yoldaşımla tanış oldum. Tanış olandan bir müddət sonra o məni öz yaşadıgı ölkəyə - Azərbaycana dəvət etdi. Biz birgə Bakıya gəldik. 3 ay ərzində o mənə şəhərinizin, ölkənizin bütün gözəlliyini göstərdi. Adətlərinizə heyran olmuşam. Onlar çox gözəldi.
-Modelyer Fikrətlə tanışlıgınız necə başladı?
-Biz təqribən 8 ay öncə tanış olmuşuq. Tanışlıgımız Moskvada keçirilən Moda Həftəsindən başlayib. Fikrət də o tədbirdə iştirak edirdi. Biz uzun müddət ünsiyyət saxladıq. O, azərbaycanlı kutürye kimi özünü təqdim etdi. O, öz kolleksiyası ilə məni tanış etdi. Fikrət gözəl insandı. O, olduqca istedadlı bir gəncdi. Onun kolleksiyalarında qadının incəliyi, gözəlliyi duyulur. Fikrətin bir özəlliyi də ondadı ki, o, hər yaşdan olan qadınlar üçün geyim modelləri hazırlayır – 17 yaşdan 50 yaşadək olan qadınları nəzərə alır. Bu əməyinə görə ona böyük dəyər verirəm. Onun hazırladıgı paltarlar çox romantik, lakonikdir, incədir. Onun dükanından paltar alan hər bir qadın özünü şahzadə kimi hiss edəcək.


-Fikrətin kolleksiyası Azərbaycanda və onun hüdudlarından kənarda Sizcə təblig oluna bilərmi? Fikrəti hansı modelyerlə müqayisə edirsiniz?
-Bakının və Moskvanın moda tendensiyaları kəskin fərqlənir. İndi izah edəcəm nəyə görə. Buranın qadınları daha çox əlvan, gözəçarpan geyimləri sevirlər. Sizin qadınlarınız özlərinin bütün gözəlliklərini vurgulayırlar. Qaşlı paltarları sevirlər. Bizim qadınlarımızsa bu baxımdan fərqlənirlər. Fikrətin hazırladıgı geyimlər bu gün daha çox sizin xanımlarınız üçün nəzərdə tutulub. Amma gələcəkdə o bütün Avropa qadınları üçün paltar tikəcək. Onun bu potensialı var. Bu paltarlar da yalnız ziyafət paltarları olmayacaq, gündəlik paltarlar da olacaq.
-Siz Fikrətlə çalışmagı düşünürsünüzmü?
-Bəli, mən onunla çalışacam. O, unikal dizaynerdi. Onun çox böyük istedadı var. O, qadın energetikasını gözəl duyur. Fikrət hər şeyi lazım oldugu kimi edir. Başqa dizaynerlər qadına onun kimi yanaşa bilmirlər. Sizin qadınlar şanslıdılar ki, Bakıda belə kutürye var.
-Sizin kimi məşhur modellər hər hansı bir modelyerlə müəyyən məbləg qarşılıgında çalışırlar. Sizin Fikrətlə iş birliyiniz nə üzərində qurulub?
-Fikrətlə mən kifayət qədər uzun müddət çalışacam. Mən onun paltarlarını ona görə reklam etmirəm ki, o mənə hansısa məbləgi ödəyir. Mən bunu ona görə edirəm ki, Azərbaycanda moda industriyası bir qədər zəif inkişaf edib. Mən ona görə gəlməmişəm ki, özümü reklam edim, mən dizaynerə özünü, kolleksiyasını daha da tanıtmaga kömək etməyə gəlmişəm. Onun kolleksiyasını yalnız Bakıda deyil, bütün Azərbaycanda sevməlidirlər. İnsanlara onun yaratdıgı paltarlardan zövq almaga yardımçı olmaq istəyirəm Qonorara gəlincə isə, bu pullar yag çörəyə belə çatmir (gülür).

-Gələcək planlarınızda nələr var?
-Biz Fikrətlə yalnız yay yox, eyni zamanda qış kolleksiyası yaratmagı da düşünürük. Bu kolleksiya digər Azərbaycan modelyerlərinin paltarlarından fərqli olacaq. Bu kolleksiyada yalnız ziyafət geyimləri yer almayacaq. Bu kolleksiya ilə Avropa səviyyəsi çıxmagı düşünürük. Ola bilsin 1 ildən sonra Fikrət İtaliyada yeni kolleksiyasının təqdimatını keçirəcək.
-Bir xanım olaraq Siz Fikrətin tikdikləri paltarlara gündəlik həyatınızda yer verırsinizmi?
-Mən Fikrətin kolleksiyasını reklam edəndə paltarların hamısını çox bəyəndim. Bir neçə paltarı mən artıq əldə etmişəm. Bütün qızlar həmin paltarları bəyənirlər. Gələcəkdə də bütün fəsillərə aid paltarlarımı Fikrətə tikdirəcəm. Fikrət həssas dizaynerdi, o qadınların istəklərini duyub, onlar üçün geyim yaradır.
-Müsahibə zamanı  Fikrət collektionun menceri Vasif Akiflinində çünasibətin öyrəndik.O bildirdi ki, biz hələ yeni başladığımız bu açılış kolleksiyasının davamın, daha da tanınmış simalarla davam etdirəcəklər: “ İşlərimizi dahada Avropa səviyəsinə gətirəcəyik. Bu gün bəlkə də çoxlarına adi tonla səslənir “Fikrət Collection” loqası,yaxın zamanda Avropanın ən tanınmış loqası olacaq. Çün ki biz bu məqsədlə başlamışıq”


Moda sadəcə olaraq bir yöndür, hansı ki bizə seçim hüququ verir. Biz modanı izləyərək hər zaman özümüz olaraq qalmalıyıq. Ancaq bu yolla, biz həqiqətən də gözəl və təkrarolunmaz olacağıq.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az