Gənc biznesmen faciəvi şəkildə öldü

Gənc biznesmen faciəvi şəkildə öldü
İmişli rayonunda 30 yaşlı biznesmenin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Qafqazinfo” xəbər verir ki, rayonun Ağaməmmədli kənd sakini, 1994-cü il təvəllüdlü Elşad Astanov Sarısu gölündə ovda olarkən qayıq çevrilib.

Nəticədə Elşad və onun 2 dostu gölə düşüblər. Onlar yaxınlıqdakı şəxslərin köməyi ilə sudan çıxarılıblar. Lakin soyuq suda şok keçirən Elşad vəfat edib.

Qeyd edək ki, həyatını itirən gənc İmişlidə tanınmış biznesmen olub.

Onun atası Şükür Astanov regional yol istismar idarəsinin uzun müddət rəisi olub. Elşad son vaxtlar atasına məxsus asfalt zavodunu və digər obyektləri idarə edirmiş.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az