Gənc xanım birinci müavin təyin edildi

Gənc xanım birinci müavin təyin edildi

Xaçmaz Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Report xəbər verir ki, icra başçısının birinci müavini Mehmanov Yetkin Cavad oğlu vəzifəsindən azad edilib.

Bu vəzifəyə əvvəllər icra başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzərova İlhamə Sahib qızı təyin edilib. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin yeni müdiri vəzifəsinə isə Nemətov Samir Sabir oğlu təyinat alıb.

Birinci müavin vəzifəsinə təyin olunmuş Nəzərova İlhamə Sahib qızı 1982-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

İ.Nəzərova 2014-cü ildən icra hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az