Gəncə və Bərdənin icra başçıları dəyişdirilir-Gərginlik

Gəncə və Bərdənin icra başçıları dəyişdirilir-Gərginlik

Bərdədə saray çəkişmələri - Gənclər və İdman İdarəsinin rəisindən hakimiyyətdəki bəzi məmurların ünvanına sərt ittihamlar səsləndi.

Bir müddət əvvəl ölkə mətbuatında davamlı olaraq icra hakimiyyətinin tabeliyində olan təşkilatlarda narazılıq elementlərindən, icra nümayəndələrinin hesaba oturdulması səbəbindən narazılıqların hətta pik həddə çatdırılmasından danışılırdı. Məlumatlarda RİH ərazi idarəetmə şöbəsinin müdirinin adına açıq ittihamlar səsləndirilib.

Miq.Az-ın araşdırmalarına görə,  Bərdə rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayevin Bərdəyə təyin olunduğu gündən ona qarşı bu tip ittihamların səsləndirilməsi davamlı olub. Buna da səbəb idarə, müəssisə və təşkilat rəhbərlərinə rayonun abadlığında  işlərin tapşırılması və onların əllərində cəmlənmiş pullar hesabına bir sıra tikinti, səki və küçə divarlarının inşasının həyata keçirilməsidir. Bunlara missal olaraq rayonun H.Aslanov küçəsinin Su-Artezian İdarəsinin müdiri F. Baxşəliyevin, mərkəzdəki Nüşabə parkının Mədəniyyət Şöbəsinin müdiri S.Həsənovun vəsaitilə başa gətirilməsi deyilir.

Vidadi İsayevin haqq qoyduğu iş adamları

Onu da qeyd edək ki, başçının bu addımını bir mənalı qarşılamayanlar da var. İllərdən bəri dövlət vəsaitləri hesabına rayonun varlıları statusunu əldə edən adamların pullarının belə işlərə sərf edilməsiniə haqq qazandıranlar da görmək olardı. Hətta zarafatla  bunları korrupsiyaya qarşı mübarizənin bir forması da adlandırırdılar. Gerçəkdən də belə davam eləsə və bu işlərin müəyyən mərhələdə sonu olsaydı, Vidadi İsayevi korrupsionerlərlə mübarizədə bəlkə də ən parlaq şəxslərdən hesab etmək olardı. Gərçi köhnə komandadakıları müflisləşdirəndən sona onların dalından dəyib, vəzifəyə gətirdiyi şəxslərin hamısından qarşılığında yüksək məbləğlərdə pul alması, onlardan aylıq tələb etməsi başçının niyyətində xoş məramdan heç nə olmadığını ortaya çıxardı.

Bərdədə saraydaxili çəkişmələr və konfliktlər

Bu səbəbdən də Vidadi İsayev daim saraydaxili çəkişmələrin və konfliktlərin mərkəzində olub. Birinci dəfə açıq etirazı başçıya 29 mart 2012-ci ildə aparat kollektivinin axşam iclasında Bərdə rayon Mədəniyyət və turizm şöbəsinin müdiri S. Həsənov bildirib. Elə bu səbəb də S.Həsənovun vəzifəsindən çıxmağına gətirib çıxarıb.   

Soltan Həsənov "Azadlıq”a bildirmişdi ki, Vidadi İsayev Bərdəyə icra başçısı təyin olunandan onunla yola getmir: "Onun mənə qarşı mənfi münasibətinin arxasında da mənimlə işləmək istəməməsi dayanır. Çünki mən həmişə öz sözümü deyən adamam. Bu adama isə qul lazımdır. Nəhayət, martın 29-da günorta saatlarında o məni yanına çağırdı. Aramızda gərgin söhbət oldu, o məni təhqir etdi. Axşam saatlarında isə icra hakimiyyətində iclasa getdim. Vidadi İsayev orada da mənim əleyhimə danışdı. Mən də öz sözümü dedim. Dedim ki, keçmiş Lenin parkını mənə təmir etdirmisiz. Bu işə 200 min manat pul xərcləmişəm. 

Və nəhayət Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazovun Facebook sosial şəbəkəsində paylaşdığı bu status diqqəti çəkməyə bilməz. Atılan bu ox hansı hədəfədir. Çox ehtimal ki, bu statusda yazılanlar başçı və idarə rəisinin arasındakı ziddiyyətlərin düha yuxarı müstəviyə keçməsiylə bağlıdır.

 "Sən cinayətkarsan, cənab prezidentimiz İlham Əliyevə açıq xəyanətlər edirsən"

Qeyd edək ki, başçı cənab Vidadi İsayevin hərəkətlərindən zərər çəkənlərdən biridə Anar Şahbazovdur. Bunun nəticəsində yükləmədən "Mersedes" maşınını satıb, sələmə pul götürüb  borca düşüb. Üzərinə başçının çox gəldiyini görən rəisin sonda əlacı qiyama qalıb. O başçının üzünə "Sən cinayətkarsan, cənab prezidentimiz İlham Əliyevə açıq xəyanətlər edirsən"- deyib. https://www.facebook.com/anar.shaxbazov/posts/1313146318730222

Bu statusda çox ehtimal ki, həmin ittihamın məntiqi davamıdır. Və bu savaşın sonuna yaxınlaşmaq deməkdir. Yaxın günlərdə çox güman ki, idarə rəisinin "dərsi" veriləcək. Ya da heç şübhəsiz hadisələr V.İsayevin əleyhinə inkişafda davam edəcək.

Gəncə və Bərdənin icra başçıları dəyişdirilir

Miq.Az-ın əldə etdiyi etibarlı mənbələrdən biri isə bildirir ki, yaxınlarda prezidentin yeni təyinatları gözlənilir ki, bunun da  nəticəsində Vidadi İsayev yerini Gəncə şəhər İH-nin başçısı vəzifəsinə  dəyişəcək. Gəncə ŞİH-nin Elmar Vəliyevin  klanına  aid edildiyindən bu xəbər çox inandırıcıdır. Elmar Vəliyevin də heç şübhəsiz ki, hakimiyyət nərdivanında yüksəlişi gözlənilir. Bu Gəncədən Bakıya getməklə nəticələnəcək. Bu yüksəliş Bakı ŞİH –də ola bilər.

Bərdənin İcra başçısının Gəncəyə, Elmar Vəliyevinsə Bakıya yerlərinin dəyişdirilməsinin pərdəarxası ziddiyyətlərin kəskinləşməsiylə də izah oluna bilər. Gəncə ŞİH başçısının mətbuatdakı görünən fəaliyyəti istər gəncəlilər, ya Gəncənin dindarlarıyla yola getmədiyi göz önündədir. Bu baxımdan da görünür, yerdəyişmələrə ehtiyac var. Vidadi İsayevin də Gəncəyə yolunun açılmasında heç şübhəsiz bu amil əsas ola bilər.

Söz yox ki, son qərar cənab prezidentindir. Amma yazıda adları sadalanan icra başçılarının yerlərinin türmə divarları ilə əvəzlənməsi də mümkündür. Çünki korrupsiya bataqlığından əziyyət çəkən Bərdə və Gəncə camaatı Bakıyla yanaşı Moskvaya da üz tutmaları bundan xəbər verir.  Əlbəttə Gəncənin şikayəti Bakıya edilməli halda, Moskvaya insanların üz tutması da gələcəkdə ölkə üçün təhlukələrdən xəbər verir. 
 
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq...

Miq.az
 






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az