Dünya və Azərbaycan rekordunu təzələyən Gəncə gənclərinin yaratdıqları canlı portret və imza «Ginnesin rekordlar kitabı»na salınması üçün qeydə alınmışdır.
Azərbaycanın sürətli inkişaf və tərəqqisində önəmli yeri olan Gəncə bu gün qeyri-adi, böyük bir uğura imza atdı. 10 min gəncəli gənc Azərbaycanın özü qədər əbədi olan, həyatının mənasını yalnız xalqına xidmətdə görən, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duyan Heydər Əliyevə sevgilərini ulu öndərin adını daşıyan meydanda dahi şəxsiyyətin canlı portretini və imzasını yaratmaqla bəyan etdilər. Meydanı alqış sədaları bürüdü. Ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş təntənəli tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar hadisə münasibətilə gəncəliləri təbrik edərək bildirib ki, gəncəli gənclər bu gün dünya rekorduna imza atdılar. İlk dəfə olaraq ulu öndərin canlı portretinin yaradılması cahanşümul şəxsiyyətə gəncəli gənclərin məhəbbətinin təzahürüdür.
Elmar Vəliyev bildirib ki, Gəncənin qırdığı bu dünya rekordu yaxın günlərdə rəsmi olaraq «Ginnesin rekordlar kitabı»na daxil ediləcək və sertifikat təqdim olunacaqdır.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ