Gəncədə evləri su basıb-Çayın daşması nəticəsində

Gəncədə  evləri su basıb-Çayın daşması nəticəsində

Günlərlə bölgədə yağan leysan yağışlar nəticəsində Gəncə çayında suyun səviyyəsi qalxıb və gecə saatlarında çayın sol sahilində yerləşən 10-a yaxın evi su basıb.

"Report" xəbər verir ki, güclü sel suları çayın sol tərəfində qurulan torpaq bəndi yuyaraq yaşayış evlərinin həyətlərinə dolub.

Evlərin bəziləri qəzalı vəziyyətə düşüb. Vəziyyətin gərginləşdiyini görən sakinlər evlərini tərk ediblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası cəlb olunub. Hazırda suyun istiqaməti dəyişdirilib və yaşayış evlərinin həyətlərinə dolan su xüsusi qurğularla təmizlənir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az