General intihara niyə cəhd edib? - Həbsdəki MTN generalından ŞOK xəbər
Elçin Quliyevin özünə qəsd etməsini həbsxana nəzarətçiləri əngəlləyiblər
Miq.az xəbər verir ki, ölkə ictimaiyyətini əməlləri ilə "şoka salan" bəzi keçmiş MTN generalları saxlandıqları təcridxanalarda da insanları şoka salmaqda davam edirlər. Belə ki, jam.az saytı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Anti-Terror Mərkəzinin rəisi, general Elçin Quliyevin həbsxanada intihara cəhd etməsi ilə bağlı xəbər yayıb.
Etibarlı mənbələrə istinad edən saytın dən məlumat məlumatında deyilir ki, Quliyev özünü saxlanıldığı kameradan asmaq istəyib. Lakin həbsxana nəzarətçilərinin vaxtında yetişməsi sayəsində, generalın istəyi baş tutmayıb.
Mənbə sabiq baş idarə rəsinin hansı səbəbdən intihara cəhşd etdiyi barədə bilgisiz olduğunu vurğulayaraq bildirib ki, böyük ehtimalla bu fikrə düşməsinə səbəb həbsxanaya düşməsi ilə barışmamasıdır. Çünki Elçin Quliyevin bir neçə dəfə həbsə düşməsinə dözə bilmədiyi, bunu həzm etmədiyini dilə gətiribmiş.
Məlumat redaksiyamıza gec daxil olduğundan dəqiqləşdirmək imkanımız olmayıb. Məsələ ilə bağlı əlavə məlumatlar toplayaraq, oxuculara təqdim etməyə çalışacağıq.
Xatırladaq ki, MTN işi ilə əlaqədar olaraq həbs olunanlardan biri, Anti-Terror Mərkəzinin sabiq idarə rəisinin müavini İlqar Əliyev də ötən ilin sonlarında həbsxanada intihar edərək, dünyasını dəyişib.
Miq.az