General Nəcməddin Sadıqovun oğlundan yazan sayt dağıdıldı
Aznews.az saytına güclü
haker hücumu olub. Bu barədə Meydan TV-yə saytın baş redaktoru Elçin
Zahiroğlu məlumat verib. Baş redaktor haker hücumlarının hansı yazı ilə
bağlı olduğunu deməyə çətinlik çəksə də, son iki gündə saytda "Generalın
oğlu anamı söydü, ölümlə hədələdi" başlıqlı yazının doğurduğu ajiotaın
olduğunu güman edir.
E.Zahiroğlu dedi ki,
hücumlar bir çox ölkələrdən olsa da, əsasən Ukrayna və Türkiyə
İP-lərindən gələn hücumlar daha güclüdür: "Əvvəllər də hücumlar olurdu,
amma bu dəfəki dəhəştli bir şeydir. Mütəxəsislərin bildirdiyinə görə
hücum güclü olduğundan saytı bərpa etmək mümkün deyil:
"Saytın bazasının məhv olmaq təhlükəsi olsa da, mütəxəsislər onu saxlayacaqlarını dedilər".
Adıçəkilən
məqalə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi,
general-polkovnik Nəcməddin Sadıqovun kiçik oğlu Məmməd Sadıqovun yol
polisi Cavanşir Lətif oğlu Qasımova qarşı təhqiramiz münasibəti ilə
bağlıydı. Yol polisi Cavanşir Qasımov Məmməd Sadıqovu qanuna riayət
etməyə çağırsa da, ikinci onu təhqir edib və hədələyib.
Səhəri gün isə Cavanşir Qasımova işdən azad olunduğu bildirilib.