Generalın işdən çıxma xəbəri yayıldı
Ədliyyə Nazirliyinin baş idarə rəisi işdən azad olunub.
Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi-Baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri, Xanlar Zeynal oğlu Zeynalov 18 mart 2016-cı il tarixdə vəzifəsindən uzaqlaşdırılıb. Məlumata görə, X.Zeynalovu Bakı Appelliyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edir. Miq.az xəbər verir ki, bu barədə unikal.org saytı məlumat verib.
Məsələ ilə bağlı sayta danışan Xanlar Zeynalov işdən çıxması iləbağlı bunları deyib:
"Mən uzun müddətli məzuniyyətə çıxmışam. Mart ayının 19-da işçiləri yığdım onlarla sağollaşdım və işlərində möhkəm olmağı tövsiyyə etdim. Məni Bakı Appelliyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edəcək. O əvvəllər Sabayil Rayon İcra şöbəsinin rəisi vəzifəsində çalışıb".
Miq.az