Generallar hadisə yerində-Ölənlərin sayı 30 nəfərdən də çoxdu

Generallar hadisə yerində-Ölənlərin sayı 30 nəfərdən də çoxdu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində yanğın baş verən əraziyə gediblər. 

Dövlət rəsmiləri hadisə yerinə baxış keçiriblər.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində yanğın baş verib. Yanğın səhər saatlarında söndürülüb. 

Hadisə yerinə jurnalistlər buraxılmır. Polis ətrafda güclü mühafizə tədbirləri görüb, foto və videoçəkilişlər aparmağa icazə verilmir. Rəsmilərdən də hələlik hadisə barədə açıqlama verən yoxdur. Rəsmi məlumatlarda ölənlərin sayı 30 nəfər göstərilsə də, bu sayın artacağı ilə bağlı məlumatlar da var...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az