"Günəşli" yatağında son - Vəziyyət/Video

21:44

"Yanğın söndürülmək üzrədir. İşçilərin hamısı xilas edilib"
Vizual.az xəbər verir ki, bu barədə anspress-ə "Azneft" İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov açıqlama verib.
Onun sözlərinə görə, işçilərdən heç kim xəsarət almayıb: "Yanğın baş verən platformada 42 nəfərə yaxın işçi olub. Həmin işçilər kiçik qayıqlar vasitəsilə təhlükəli ərazidən uzaqlaşdırılıb. Külək və 8 metrə yaxın dalğa olduğundan gəmilər hadisə yerinə yaxınlaşmaqda çətinlik çəkir".
İ.Qurbanov bildirib ki, FHN-nin helikopterləri hadisə yerindədir.
 
09:00 (5.12.2015)
 

"Günəşli” yatağındakı 10-cu özüldə baş verən yanğın hal-hazırda davam edir. Hadisə ilə əlaqədar yaradılan qərargahdan Trend-ə verilən məlumata görə, hal-hazırda SOCAR rəhbərliyi hadisə yerinə gedir.

Məlumata əsasən, özüldə olan işçilər yanğın yerindən təxliyə olunub, və onların vəziyyəti yaxşıdı. Onlar hələ də dənizdə xilasetmə qayıqlarda və gəmidə qalıblar.

 



 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az