Gürcülərlə azərbaycanlılar arasında kütləvi dava: 2 ölü

Gürcülərlə azərbaycanlılar arasında kütləvi dava: 2 ölü

Gürcüstanda daha çox azərbaycanlıların yaşadığı Marneuli rayonunda gürcülərlə azərbaycanlılar arasında kütləvi dava düşüb.

Hadisə dünən baş verib. Məlumata görə, svan mənşəli gürcülərlə düşən davada 1 nəfər gürcü oğlan öldürülüb. Dava ətrafdakıların müdaxiləsi ilə dayandırılıb.

Svan mənşəli şəxslər isə azərbaycanlılara cavab olaraq bu gün hücuma keçiblər. Nəticədə Marneuli bazarında bir qadın soydaşımız vəhşicəsinə döyülərək öldürülüb. Ətrafda olan şəxslərdən heç kim qadına köməklik göstərməyib.

Qeyd edək ki, Gürcüstanda keçirilən son parlament seçkilərindən sonra azərbaycanlılara qarşı təzyiqlər başlayıb. Buna səbəb kimi hakim Gürcü Arzusu Partiyasının soydaşlarımızdan dəstək ala bilməməsi göstərilir. Hətta dünən 36-cı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Əhməd İmanquliyevin həyatına qəsd olunacağıyla bağlı məlumatlar yayılmışdı. Daha sonra isə həmyerlimizin polis tərəfindən saxlanıldığı bildirildi. (BakiPost.az)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az