Göyçayda 30 min manatlıq bayram bəzək-düzəyi
Göyçay Rayon İcra Hakimiyyəti "İnterkabel” Firması ilə satınalma müqaviləsi imzalayıb.
"Qaynarinfo” xəbər verir ki, maliyyə dəyəri 29 535.4 AZN təşkil edən müqavilədə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə Göyçay şəhərinin bəzədilməsi işlərinin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "İnterkabel” Firması 16 sentyabr 1997-ci ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a-da yerləşir.
MMC-nin qanuni təmsilçisi Molanov Yasin Xanoğlan oğludur.
Açıq mənbələrdə Yasin Molanov haqqında hər hansı məlumat yoxdur.