Vətəninfo.az ANS PRESS_ə istinadən xəbər verir ki, Azərbaycanın xalq artisti, məşhur kaman ustası Habil Əliyevin vəziyyəti orta-ağır olaraq qalır. Sənətkarın oğlu Rəvan Habiloğlunun verdiyi məlumata görə, atası hazırda ev şəraitində həkim nəzarətindədir: "Dünən öz istəyi ilə evə gətirdik. Oyaq vaxtı çox narahat olur, sakitləşdirici iynə vurub yatırmışıq. Durumu ürəkaçan deyil, çünki atamın 87 yaşı var. Xəstəliyi qocalığı ilə bağlıdır, ağciyərində problemlər yaranıb və ürək çatışmazlığından əziyyət çəkir. Həkimlər hər şey edir, amma biz onu da başa düşürük ki, əsas problem qocalıqdır.
Rəvan bəy Mədəniyyət və Turizm Nazirliyinin atası ilə maraqlandığını bildirdib. "Atamın üstündə böyük qayğı var. Sağ olsunlar, çox maraqlanırlar. Atam xəstələnəndən bəri məsələni diqqətdə saxlayırlar. Atamla bağlı xüsusi tapşırıq verilib, hər kəs atamın sağalması üçün çalışır. Hamımız əlimizdən gələni edirik, amma ümid bircə Allahadır".
Rəvan bəy atasının vəziyyətinin pisləşmə səbəbini açıqlayıb. Onun sözlərinə görə, xalq artisti özünü yaxşı hiss edirdi. Lakin qardaşının ölümündən sonra, 5 gün əvvəl səhhəti pisləşdi. Əmimin qırxı hələ çıxmayıb. Dəfn mərasimində böyük stress keçirdi. Bakı Sağlamlıq Mərkəzinə yerləşdirdik, həkimlər çox yaxşı qulluq edirdilər. Özü evə gəlmək istədi, biz də gətirdik". Qeyd edək ki, bir neçə gün öncə - mayın 28-də Habil Əliyevin 87 yaşı tamam olub.
Vətəninfo.az
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi” - Aqil Abbas
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi