Azərbaycan Beynəlxalq Bankına (ABB) külli miqdarda borcu olduğuna görə, "Avesta Konserni” MMC-nin prezidenti, tanınmış və qalmaqallı iş adamı İbrahim Nehrəmli (İbrahim İbrahimov)fırıldaq "Xəzər adaları”layihəsi müsadirə olunub.
Unikal.org-un əldə etdiyi məlumata görə,İ.Nehrəmlinin milyardlıq layihəsi əlindən alınaraq millət vəkili Kamran Nəbizadənin baş direktoru olduğu "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyinə verilib.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Hacı İbrahim xəbəri təsdiqləyib.O "Xəzər adaları” layihəsini banka olan borcunu ödəmək məqsədi ilə dövlətə bağışladığını deyib:”Mən "Xəzər adaları”nı Məmməd Musayevin sahibi olduğu "Aqrarkredit” qeyri-bank kredit təşkilatına vermişəm. Onlar da bu ərazini millət vəkili Kamran müəllimin baş direktoru olduğu "Azərbaycan Sənaye Korporasiyasının” (ASC) balansına keçiriblər”.
Hacı İbrahimfırıdaq "Xəzər adaları” layihəsinədövlət tərəfindən qoyulan qiyməti də açıqlayıb:"Mənim Azərbaycan Beynəlxalq Banka olan borcum buna görə bağlanıldı. Əmlakın dəyəri 720 milyon manat qiymətləndirildi.Banka olan borcumun faiz hissəsi məndən tuulmadığı üçün, əmlakın dəyəri 570 milyon manat oldu.Buna görə, mənə 150 milyonu qaytarmalı idilər. Mən də dedim ki, istəmirəm, dövlətə bağışlayıram. Bütün borclarım bağlandı. İndi mənim bir manat da olsun borcum yoxdur. Nə alacağım var, nə də verəcəyim! Mən bütün kreditlərimi 100 faiz ödəməli oldum”.
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?

