Hacı Salayev keçmiş nazirin çörək zavodunu ələ keçirib?

Hacı Salayev keçmiş nazirin çörək zavodunu ələ keçirib?

Biznesmen deputat, keçmiş nazir Füzuli Ələkbərova məxsus İsmayıllı rayounun İvanovka kəndində ki, müasir çörək zavodunu aldığı deyilir.
 
Miq.az xəbər verir ki, İsmayıllının İvanovka kəndindəki zavodu keçmiş nazir Füzuli Ələkbərov tikdirib. Həmin zavodun inşası üçün investisiya layihəsinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,5 milyon manata yaxın güzəştli kredit ayrılıb. Zavodun avadanlıqları isə xarici ölkələrdən gətirilib. 
 
Həmin zavodun hazırkı vəziyyəti ilə AzFakt.com saytını məlumatlandıran mənbə bildirib ki, İvanovka kəndindəki çörək zavoduna İsmayıllının keçmiş icra başçısı, sabiq nazirin qardaşı Nizami Ələkbərov nəzarət edirdi. İsmayıllı olaylarından sonra Ələkbərovların işdən alınması zavodda ciddi problemlər yaradıb və işçilərin əmək haqqısı belə verilməyib. Mənbəmiz bildirir ki, zavodun işlədilməsində problemləri görən Nizmai Ələkbərov obyekti satmaq qərarına gəlir. Keçmiş naziri zavodunu isə depuatat biznesmen Hacı Salayev alıb. İddiaya görə millət vəkili İvanovka kəndindəki çörək zavodunun alınması üçün 1 milyon manata yaxın xərc çəkib. Hazırda Hacı Salayevin İsmayıllıdakı çörək zavoduna Bakıda işçilər  göndərdiyi bildirilir.
 
Bildirək ki, deputat Hacı Salayevin Bakı şəhərində Xəzər çörək zavoduna sahib olması ilə bağlı mediada məlumatlar yayılmışdı. Həmin vaxt Hacı Salayev çörək zavodunun ona məxsus olub olmaması ilə bağlı hər hansı açıqlama verməmişdi. Xəzər çörək zavodunu deputatın oğlunun Ayaz adlı dostu işlətdiyi bildirilir.
 
 İvanovka kəndindəki çörək zavoduna iki həftə öncə Xəzər çörək zavodunu işlədən Ayaz adlı şəxsin Pərviz adlı dostunun rəhbər təyin eildiyini bildirilir. Biz millət vəkili Hacı Salayevin çörək biznesi ilə məşğul olmasını əslində təqdirəlayiq bir iş hesab edirik. Çünki çörək hər zaman ölkə üçün strateji bir məhsuldur. Ancaq deputatın çörək zavodunu işlədənlər bu etimaddan istifadə edərək bir çox qanunsuzluqlar edirlər. Bu və digər məsələlərlə bağlı növbəti sayımızda oxucularımıza daha ətraflı məlumat verəcəyik./AzFakt.com/
 
Növbəti sayımızda 
 
Xəzər çörək zavodunda nə baş verir?
 
Zavodu işlədən Ayaz Məmmədov Hacı Salayevə ayda nə qədər atır?
 
Kənan Salayevin dostu Xəzər Çörək zavodunda işçiləri necə istismar edir?
 
Yazıda adı keçən şəxslərin mövqeyini verməyə hazırıq.
 
Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az