General onu oğurlayanlarla birgə şəhər kənarındakı evinə gəlib və gizlətdiyi pulların yerini onlara göstərib. Adam oğruları həyətyanı torpağı qazmağa başlayıblar. Onlar qazdıqları yerdən ümumilikdə 5 milyon dollar pul aşkar edərək götürüblər.
Pulları ələ keçirdikdən sonra isə FTX generalını Ramenski rayonunda yolda avtomobildən yerə atıblar. Təsadüfən həmin ərazidən keçən sürücülərdən biri çekisti yol kənarından taparaq xəstəxanaya çatdırıb. Xəstəxanaya aparılan zərərçəkmiş çekist başına gələnlərlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.
Hacıyev və Qaluşko 200 milyon rubl pulla saxlanılıblar. Onların ələ keçirdikləri pulların hamısını yeni avtomobillərə, restoranlara və qızlara xərclədikləri məlum olub. Təqsirləndirilən şəxslərə adam oğurluğu və hədə qorxu ilə pul tələb etmə ilə bağlı ittiham verilib. İlkin dindirmə zamanı günahlarını etiraf etsələr də sonradan ifadə verməkdən imtina ediblər.
Zərərçəkmiş general quldurların ona məxsus milyonları oğurlamaqlarını inkar edib və bildirib ki, onu zəngin qonşuyla qarışdırıblar. Prokurorluğun iddiası üzrə məhkəmə qərar çıxarıb və Pastuşkovun qanunsuz yolla əldə etdiyi əmlakı müsadirə edib.
İstintaq zamanı təhqiqatçılar tərəfindən Pastuşkova məxsus 1 milyon dollar və 5,6 milyon rubl götürülüb. Onun yaşadı ev 36 milyon rubl qiymətində dəyərləndirilib./Virtualaz.org/