Hacıyevdən Ermənistan açıqlaması: Cavab gözləyirik!
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistan Azərbaycan münasibətlərin normallaşdırılması ilə bağlı məsələlərə toxundu.
Miq.Az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Prezident müsahibəsində həmçinin Azərbaycanla Ermənistan arasındakı potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlanılması məsələlərinə toxunub:
"Ermənistandan müvafiq cavabların verilməsini gözləyirik. Ermənistan regionda yaranmış yeni geosiyasi vəziyyəti düzgün qiymətləndirməli və nəticə çıxmalıdır".
Miq.Az