“Hadisələrə görə azərbaycanlı jurnalist ağlayırdı...”

“Hadisələrə görə azərbaycanlı jurnalist ağlayırdı...”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-da məscidin açılışında Ermənistan qoşunlarının Azərbaycan tərəfinə hücuma keçməsinə də toxunub.

Miq.az "Qafqazinfo”ya istinadən  xəbər verir ki, prezident açıqlamasında türkiyəli jurnalistlərə Azərbaycan jurnalistlərini nümunə göstərib:

"Az öncə Azərbaycan telekanallarında çalışan bir jurnalist qarşımı kəsdi. Onun gözlərində göz yaşı gördüm. Görəsən, bizim ölkənin jurnalistlərinin gözündə bu göz yaşını görə biləcəyik? Mənim əsgərim, polisim təhlükəsizliyi qorumaq üçün canlarını verir. Amma baxırsan bəziləri elə başlıqlar yazırlar ki... Biz hansı ölkənin, onlar isə hansı ölkənin vətəndaşıdır?”

Qeyd edək ki, Ərdoğan həmin jurnalistin adını açıqlamasa da, sözügedən həmkarımızın Qənirə Ataşova olduğu məlum olub.

***

Ərdoğan cəbhədə baş verənlərlə bağlı Minsk qrupunu ittiham edib:

"Biz dualarımızı etdik. İnşallah bu atışmalarda azərbaycanlı qardaşlarımız ən az itki verməklə bu işin öhdəsindən gələrlər. İllərdir ki, işğal altında olan Dağlıq Qarabağdakı mübarizə, təəssüf ki, Minsk qrupu üçlüsünün etinasızlığı səbəbindən bizi belə bir tablo ilə qarşı qarşıya qoydu.

Əgər Minsk qrupu burada adil şəkildə, qərarlı şəkildə hərəkət etsəydi bu günlərə gəlməzdik.

Azərbaycanlı qardaşlarıma Allahdan yardım diləyirəm. Üzülməyəcəyik, inanırıqsa mütləq üstünük".
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az