"Hamınızı pis günə qoyacağam" - Rektorun səs yazısı yayıldı

Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru vəzifəsini icra edən Yaşar Ömərovun tabeliyində çalışan işçiləri təhdid edən audioyazısı ortaya çıxıb.
Miq.Az Yenisabah.az-a istinadən xəbər verir ki, Yaşar Ömərov vəzifəsinin icrasına başlayandan dərhal sonra keçmiş rektor Akif Süleymanova yaxınlığı ilə tanınan bütün kadrları işdən azad etməyə başlayıb. O, hətta universitetin xanım əməkdaşlarını da təhdid edib. Yaşar Ömərov əməkdaşlardan öz ərizələri ilə işdən getmələrini tələb edir:
"Hələ iki həftə buradayam. Gedib bu şad xəbəri Akif müəllimə çatdıra bilərsiniz. Yaxşısı budur ki, ərizənizi yazıb öz xoşunuzla işdən gedin, yoxsa sonra hamınızı pis günə qoyacağam”.


Şərhlər



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az