Hansı millət vəkilləri Şuşa Bəyannaməsinin əleyhinə səs veriblər ?- SİYAHI
Dostların, düşmənlərin tam bəlli olduğu bir zamandayıq. Türkiyə-Azərbaycan qardaşlığından narahat olan, buna qarşı xain projelərdə yer alanlar özlərini ifşa etməkdə davam edirlər.
Bir tərəfdən bu yaxşıdır, çünki hansısa bir dönəmdə müxtəlif cildlərə girənlər indi pərdələnə bilmirlər, onları açıq oynamağa məcbur edən dairələr var. Daha dəqiqi, bu oyunda gizlində qalmaq, qılaflanmaq mümkün olmur.
Paralel olaraq bu prosesdə ən azı özünün siyasi mövcudluğunu qorumaq üçün sivil xətt tutacağına ümid bəslənilən dairələrin də anti-türk, anti-Türkiyə, anti-Azərbaycan mahiyyətinin dəyişmədiyi təsdiqini tapır.
Çox həssas bir dönəmdir: Həm bölgəsəl, həm də dünyada gedən proseslər baxımından. Bu mərhələdə özünü yandıran, xain projelərdə yer alan təşkilatlardan biri də Türkiyədəki Xalq Demokratik Partiyasıdır (HDP).
Azərbaycanla Türkiyə arasında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi iki həftə öncə Azərbaycan Parlamentində, fevralın 3-də isə Türkiyə Böyük Millət Məclisində təsdiqləndi. (Bu gün, 11 fevralda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin rəsmi şəkildə dərc edilərək qüvvəyə minməsi ilə bağlı qərarı imzaladı!)
TBMM-nin spikeri Mustafa Şentopun imzası ilə parlament sədrliyinə təqdim olunan layihənin lehinə 266 millət vəkili, əleyhinə isə 11 deputat səs vermişdi. Həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətində bu layihənin əleyhinə səs verənlərin, habelə bitərəf qalan, səs verməyən deputatların kimliyi, onların bu davranışlarının səbəbi barədə suallar ortaya çıxdı. Təbii, hər kəs onları "ayıb olsun” dedi və bu deputatların kimlikləri, hansı kəsimi, siyasi dairəni təmsil etdiyi maraq doğurmağa, incələnməyə başlandı.
Məlumata görə, iki qardaş ölkə arasında imzalanan bu tarixi, strateji əhəmiyyətli sənədə səs verməyən deputatların hamısı HDP-nin üzvləridir!
Bölgədə yeni düzən, şərtlər formalaşdıran, bu cür mühüm Şuşa Bəyannaməsinin əleyhinə çıxanlar konkret kimlərdir?
Miq.Az Musavat.com-a istinadən onların siyahısını təqdim edir:
1. Tulay Hatimoğulları Oruç