Havaların belə keçməsi normaldırmı? - Nazirlikdən cavab

Havaların belə keçməsi normaldırmı? - Nazirlikdən cavab
Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən hava şəraiti may ayı üçün xarakterikdir.

Miq.az  xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, ötən gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu çoxillik iqlim normasından 2-3 dərəcə yüksək olub:

"Bu günki hava şəraiti isə may üçün səciyyəvidir. Küləkli, yağışlı hava şəraiti may ayı üçün xarakterikdir".

Qeyd edək ki, bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra dünəndən başlayaraq, ölkə ərazisində havanın temperaturu 9 dərəcəyədək enib.

Bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gündüz 18-21 dərəcə isti olacağı gözlənilir. Axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az