Hayklar Xankəndində Azərbaycanın ərazi bütövlüyünə qarşı yeni hərəkat yaratdı...

Hayklar Xankəndində Azərbaycanın ərazi bütövlüyünə qarşı yeni hərəkat yaratdı...

"Azərbaycan siyasi və hərbi baxımdan ölçülüb-biçilmiş son və qəti addım ataraq Xankəndindəki separatçı, işğalçı və terrorçu xislətli haykların həbsinə və zərərsizləşdirilməsinə nail olmasa, bu xəmir hələ çox su aparacaq..."

Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq Rusiyanın "sühməramlı" hərbi kontingentinin  nəzarətində qalan Xankəndi şəhərindəki bir qrup hayk "Artsaxın müdafiəsi uğrunda”  adlı üzdəniraq yeni qeyri-siyasi hərəkat yaradılıb.
 
Moderator.az xəbər verir ki, bu haqda "Hraparak" məlumat yayıb.
 
"Hərəkat yeni "Qarabağ komitəsi” və ya "Artsax hərəkatı-2” olmaq və bütün erməniləri yenidən birləşdirmək məqsədi daşıyır. Əsas məqsəd istənilən şəraitdə Qarabağın Azərbaycana birləşdirilməsinin qarşısını almaqdır. Hərəkatın yaradılması ideyası partiyasızlara məxsusdur, lakin bizə dedilər ki, partiya üzvləri də hərəkata qoşula bilər"- xəbərdə belə deyilir.
 
Məlumata görə, qondarma hərəkatın koordinasiya şurasının üzvlərindən biri də separatçı-terrorçu rejimin  qanunsuz "təhsil və mədəniyyət" nazirliyinin nümayəndəsi Armen Petrosyandır.
 
"O, hərəkatın genişləndirilməsi işində fəal iştirak edir. İcmalarda insanlarla fəal görüşlər təşkil edir, mövcud vəziyyətin birlik tələb etdiyini, 1988-ci ildə olduğu kimi siyasi qüvvələr, şəxsiyyətlər ətrafında deyil, bir ideya ətrafında birləşməyin lazım olduğunu vurğulayırlar. Hərəkatın gündəmində hakimiyyət dəyişikliyi planı yoxdur, lakin onlar xalqın qəzəbi ilə hakimiyyətin qərarlarına təsir göstərməyə çalışacaqlar".
 
Zəruri şərh:
 
Görünən odur ki, Azərbaycan siyasi və hərbi baxımdan ölçülüb-biçilmiş son və qəti addım ataraq Xankəndindəki Araik, Balasanyan, Babayan, Bakoyan və s. başda olmaqla separatçı, işğalçı və terrorçu xislətli haykların həbsinə və zərərsizləşdirilməsinə nail olmasa, bu xəmir hələ çox su aparacaq...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az