HDP-nin bayraq düşmənliyi

HDP-nin bayraq düşmənliyi

Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaşın Almaniyanın Hamburq şəhərində mitinq keçirdiyi binanın salonunda Azərbaycan bayrağına hörmətsizlik edilib.

Vətəninfo.az Publika.az-a istinadla xəbər verir ki, bununla bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Mustafa Varank "twitter” səhifəsində şəkil paylaşaraq HDP-nin hərəkətini sərt şəkildə tənqid edib.

Mitinq keçirilən salonda Türkiyə bayrağı ümumiyyətlə olmayıb. Azərbaycan bayrağındakı ayparanın görünməməsi üçün isə bayrağa düyün vurulub.

"HDP-nin bayraq düşmənliyi: Türkiyə bayrağını asmadığı kifayətlənməyib, ay ulduzlu Azərbaycan bayrağını da bağlayıblar”, - Mustafa Varank statusunda yazıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az