Həbs olunan Tağı İbrahimovla bağlı maraqlı məlumatlar...

Həbs olunan Tağı İbrahimovla bağlı maraqlı məlumatlar...
Xəbər verdiyimiz kimi, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı iki nəfər həbs olunub. Bunlar "Bakı Ağac Emalı” ASC-yə sahiblik edən Tağı İbrahimov və ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevdir.

Yenisabah.az xəbər verir ki, Tağı İbrahimov uzun müddət ATV kanalının prezidenti vəzifəsini tutub. 

Qardaşı Hacı İbrahim Nehrəmli Azərbaycanın tanınmış iş adamlarından biridir. Digər qardaşı Nazim İbrahimov isə Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri vəzifəsində çalışıb.

İbrahimov qardaşları cəmiyyətdə kifayət qədər tanınırlar. Zaman-zaman mətbuatda onlarla bağlı qalmaqallar, yetərincə gündəm yaradan məlumatlar dərc olunub. 

Xatırladaq ki, partlayışdan sonra Tağı İbrahimov mediaya açıqlama verərək yanan mebel sexinin onlara aid olmadığını bildirmişdi. Hətta hadisədən sonra İbrahimovun Azərbaycandan qaçması ilə bağlı xəbərlər də yayılmışdı. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az