"Həbsdə olsam belə prezidentlik uğrunda mübarizə aparacağam" - Tramp


Donald Tramp mühakimə olunacağı təqdirdə həbsdə olmasına baxmayaraq, ABŞ prezidenti vəzifəsi uğrunda mübarizəni dayandırmayacağına söz verib.  

Miq.Az xəbər verir ki, bu barədə Tramp "İndependent" nəşrinə danışıb. 

ABŞ-ın keçmiş prezidenti bu barədə aparıcının ona qarşı açılan cinayət işlərindən hər hansı birində mühakimə olunacağı təqdirdə prezidentlik kampaniyasını davam etdirməkdən imtina edib-etməyəcəyi ilə bağlı sualına cavabında bildirib.

"Qətiyyən. Konstitusiyada heç nə mənə bunu etməyi qadağan etmir”, - deyə Tramp ifadə edib.

Xatırladaq ki, eks-prezident Nyu-Yorkda münasibətdə olduğu porno ulduza susmaq üçün pul ödəməyə görə və məxfi materiallarla saxlamaqla bağlı ittiham irəli sürülüb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az