HƏMAS girovları azad etmək üçün şərtini açıqladı

HƏMAS girovları azad etmək üçün şərtini açıqladı


HƏMAS 7 oktyabr hücumunda əsir götürdüyü girovları İsrail həbsxanalarında saxlanılan 6 min fələstinli ilə dəyişmək niyyətindədir.

Axar.az xəbər verir ki, bunu HƏMAS-ın xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Meşal deyib.

"Sionist (İsrail – red.) həbsxanalarında 6 min fələstinli kişi və qadın var ki, biz onları israilli əsirlərlə dəyişmək istəyirik”, - o bildirib.

Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadasının sözçüsü Əbu Ubeydə əllərində 200-250 girov olduğunu açıqlayıb.

İsrail Müdafiə Ordusunun nümayəndəsi Daniel Haqari isə HƏMAS-ın 199 nəfəri girov saxladığını bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az