Həmişə marketlərdə pulsuz alırdınız, indi ödənişli olacaq - AZƏRBAYCANDA

Həmişə marketlərdə pulsuz alırdınız, indi ödənişli olacaq - AZƏRBAYCANDA
Türkiyə Böyük Millət Məclisi, Ətraf Mühit Qanunu və Bəzi qanunlarda dəyişikliklər təklifini qəbul edib.

Miq.az marja.az-a istinadən xəbər verir ki, plastik (sellofan) paketlər istehlakçıya ən azı 25 kuruşdan (təxminən 8-10 qəpik) satılacaq. Plastik paketləri ödənişsiz verən satış nöqtələrinə, satış sahəsinin hər kvadrat metri üçün 10 lirə cərimə tətbiq olunacaq.
AZƏRBAYCANDA DA PULLU OLACAQ
Yeni ildən Azərbaycanda da marketlərdə sellofan torbaların pullu olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji marifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib ki, kiçik polietilen torbaların marketlərdə ödənişli olması nəzərdə tutulub. Onun sözlərinə görə, bu qaydanın tətbiq edildiyi ölkələrdə polietilen torbalardan istifadə xeyli azalıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az