Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin bazasındakı yanğın güclü partlayışla müşahidə olunub
Bu gün səhər saatlarında Qobustan rayonunda yerləşən Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin bazasında yanğın baş verib.
Verilən məlumata görə, yanğın hərbi bazanın silah-sursat anbarında baş verib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin çoxlu sayda yanğınsöndürən maşınları və bir neçə helikopter cəlb olunub. Hazırda yanğın davam edir.
Hadisə şahidlərinin verdikləri məlumata görə, yanğın səhər saat 09:00 radələrində başlayıb. Yanğın bir neçə partlayışla müşahidə olunub. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, yanğın nəticəsində iki FHN əməkdaşı xəsarət alıb. Onlardan biri küt kəllə-beyin travması, dogəri isə tüstüdən zəhərlənməilə xəstəxanaya çatdırılıb.
Yanğın nəticəsində digər xəsarət alanlar barədə məlumat verilmir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən faktla bağlı hər hansı məlumat verilmədi.
ANSPRESS
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?