Hərbi vəziyyətdə spirtli içkilərin satışına məhdudiyyətlər qoyula bilər

Hərbi vəziyyətdə spirtli içkilərin satışına məhdudiyyətlər qoyula bilər
Azərbaycanda hərbi vəziyyət qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə şərabçılıq məhsullarının dövriyyəsi üzrə xüsusi rejim yaradıla bilər.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan "Üzümçülük və şərabçılıq haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində əksini tapıb.
Qüvvədə olan qanuna (22.4) əsasən, fövqəladə vəziyyət qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə şərabçılıq məhsullarının dövriyyəsi üzrə qanunvericilik müəyyən edilmiş qaydada xüsusi rejim yaradıla bilər. Qanunun 22.4-cü maddəsinə təklif olunan dəyişikliklərə əsasən, fövqəladə və ya hərbi vəziyyət qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə şərabçılıq məhsullarının dövriyyəsi üzrə " Fövqəladə vəziyyət haqqında” və " Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq” xüsusi rejim yaradıla bilər.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az