Hicran Hüseynova Fransada villanı sökdürməsi ilə bağlı iddiaya münasibət bildirdi: "Sənəd göstərəydilər ki, mənim adımadır" - FOTO
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova mətbuatda bacısı ilə birgə Fransada dəniz sahilində 5 milyon avroluq villanı sökdürüb, yerində kompleks tikdirməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.
Pravda.az-ın suallarını cavablandıran komitə sədri deyib ki, bu məlumat həqiqətəuyğun deyil.
"Sənəd göstərəydilər ki, villa mənim adımadır. Boş-boş danışıqlar kimə lazımdır? Özündən sensasiya yaradan insanlardır...", - H.Hüseynova bildirib.
Qeyd: Bir müddət öncə, araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb ki, Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 milyon avroluq villanı sökdürüb, yerində kompleks tikdirirlər. Onun sözlərinə görə, tikinti ilə bağlı bələdiyyə sənədinə görə kompleksdə iki villa, iki hovuz, yeraltı qaraj və qonaqlar üçün evin inşası nəzərdə tutulur.