ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun 300-dən çox elektron məktubu məxvi məlumatların olub-olmadığına dair yoxlamadan keçmək üçün seçilib.
H.Klinton ABŞ dövlət katibi olduğu dövrdə işgüzar yazışmalar üçün şəxsi elektron poçtundan istifadə etmişdi. Onun bu hərəkəti geniş tənqidi şərhlər dalğası doğurmuşdu.
Gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının əsas namizədi olacaq H.Klinton həmin tənqidlərə cavab verərək bildirmişdi ki, onun şəxsi elektron poçt yazışmalarında məxfi sayla biləcək məlumatlar olmayıb.
Lakin tənqidçilər onun elektron poçt serverinin tələb olunan təhlükəsizlik standartlarına cavab vermədiyini və ümumiyyətlə, belə hərəkətin dövlət işi praktikasına zidd olduğunu qeyd ediblər.
Keçmiş dövlət katibi H.Klinton ötən ilin dekabr ayından vəzifərə olduğu dövrə aid 30000-dən çox elektron məktubunu yoxlama üçün açıq edib.
Məhkəmənin qərarı ilə keçmiş dövlət katibinin elektron məktubları növbəti 5 ay ərzində dərc olunmalıdır. Hazırda həmin məktublar xüsusi yaradılmış rəsmilərdən ibarət heyət tərəfindən yoxlamadan keçirilir (BBC).
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ