Hökumət Paşinyanla danışıqları dayandırdı - Təcili

 Hökumət Paşinyanla danışıqları dayandırdı - Təcili

Müxalif lider Nikol Paşinyan və baş nazir səlahiyyətlərinin icraçısı Karen Karapetyan arasında danışıqlar ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi” partiyasının mətbuat katibi Tiqran Avinyan yayıb.

O bildirib ki, danışıqların nə vaxt baş tutacağı bilinmir.

Avinyan erməni mediasına açıqlamasında bildirib ki, Paşinyan danışıqların elan edildiyi istiqamətdə getməsini tələb edir:

"Yəni hakimiyyətin dinc yolla təhvil verilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi. Həmçinin Respublika Partiyasından heç kim müvəqqəti hökumətə rəhbərlik edə bilməz.

Respublika Partiyası isə məsələnin bu cü qoyuluşuna qarşıdır”.

Qeyd edək ki, bundan öncə N.Paşinyan Respublika Partiyasının heç bir üzvünün baş nazir ola bilməyəcəyini bildirmişdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az