Hüseynqulu Bağırov “sağ əli”ni işdən çıxardı - Yeni direktor kimdir?

Hüseynqulu Bağırov “sağ əli”ni işdən çıxardı - Yeni direktor kimdir?
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov kadr dəyişikliyi edib.

Miq.az BakiPost.az-a istinadən  xəbər verir ki, o, nazirliyin ən böyük departamentinin - Meşələrin İnkişafı Departamentinin direktoru Şakir İsmayılovu vəzifədən uzaqlaşdırıb. Onun yerinə Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Xəlil Ramazanov təyin olunub.

Ş.İsmayılov isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatına şöbə müdirinin müavini vəzifəsinə gətirilib.

Məlumat üçün bildirək ki, Şakir İsmayılov nazirin ən yaxın kadrlarından hesab olunurdu.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az