İçəri şəhər «Cümə» məscidində hər gün iftar veriləcək

İçəri şəhər «Cümə» məscidində hər gün iftar veriləcək

İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayının başlaması ilə bağlı Qafqaz Müsəlmanldarı İdarəsi Qazilər Şurası tərəfindən bir neçə gün əvvəl fətva verilib. Bununla əlaqədar müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın daha geniş və  bütün ayinlərə tam riayət olunmaqla keçirilməsi üçün  hər il olduğu kimi bu il də İçəri şəhər «Cümə» məscidində böyük hazırlıq işləri aparılıb. 

Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonundakı İçəri şəhər «Cümə» məscidinin dini icmasının sədri, axund hacı Surxay Məmmədli  “Vətəninfo.az”a bildirib ki, «Cümə» məscidinin dövlət tərəfindən əsaslı təmir olunaraq istifadəyə verildikdən sonra məsciddə Ramazan ayı tədbirləri daha geniş şəkildə keçirilir. Ramazana ərəfəsində bir sıra hazırlıq işləri aparılımış, iftar süfrələrinin təşkili, imkansız qardaş və bacılarımızın bura dəvət olunması ilə bağlı tədarük görülüb. 

“Müsəlmanların orucluğun vacib əməllərindən olan fitrə və zəkatın vaxtında ödəməsi və bununla da imkansızlara dayaq olması, onlara bayram sevinci yaşatması vacibdir. Artıq bir neçə ildir ki, icma üzvlərimizin köməyi ilə ramazan ayı ərzində hər gün məsciddə iftar süfrələri təşkil olunur və bu süfrələrin digər yerlərdə də təşkilinə köməklik göstərilir” 

Hacı Surxay bu müqəddəs  ayda bütün müsəlmanların tutduqları oruc, qıldıqları namazların qəbul olunmasını diləyərək, Uca Tanrıdan ölkəmizə sabitlik, əmin-amanlıq, işğal olunmuş torpaqlarımızın tezliklə azad olunmasını arzuladı. 

“Qoy Allah ülfət ayı olan Ramazanın fəzilət və bərəkətlərindən hər birimizə nəsib etsin, orucumuzu, ibadət və dualarımızı qəbul etsin”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az