İcra başçısı Qarabağ qazisinə vəzifə verdi

İcra başçısı Qarabağ qazisinə vəzifə verdi

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Miq.Az xəbər verir ki, Qarabağ qazisi Cavid Fərhadov həmin vəzifəyə təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 7 yanvar 2021-ci il tarixdə imzaladığı Fərmanla "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Fərmana edilən dəyişikliyə əsasən, Azərbaycanda yerli icra hakimiyyəti orqanlarında "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az