İcra başçısına etiraz məktubunu deputata belə oxutdurdu - FOTO

İcra başçısına etiraz məktubunu deputata belə oxutdurdu - FOTO
Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovdan narazılıq edən vətəndaşı qəbul edib.
Miq.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Sabirabad rayon sakini Ramazan Rzayev plakata bənzər məktubu ilə deputatın qəbuluna girib.

O, icra başçısı və rayon bələdiyyə sədrinə olan etiraz məktubunu deputata oxutdurub .
Sözügedən görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.
Qeyd edək ki, Ramazan Rzayev Sabirabad rayonunda ağsaqqal bloger kimi tanınır. O, daimi rayonun sosial vəziyyəti ilə bağlı videolar paylaşır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az