İcra başçısının şəhidimizə münasibəti Ermənistan mediasında manşetdə

İcra başçısının şəhidimizə münasibəti Ermənistan mediasında manşetdə

Fevralın 25-də Xocavənd rayonunda şəhid olan əsgər Zakir Cəfərovun Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında deyil, ümumi qəbiristanlıqda dəfninin ailəsinin narazılığına səbəb olması haqda məlumat düşmən mediası tərəfindən ölkəmizə qarşı istifadə edilməyə başlanılıb.

Azərbaycan 24 xəbər verir ki, əksər erməni saytları "Azərbaycanın Şəhidlər Xiyabanında boş yer qalmayıb, şəhidi ümumi qəbiristanlıqda dəfn etdilər” başlığı ilə ölkəmiz əleyhinə mənfi imic yaratmağa xidmət edən informasiyalar dərc ediblər.

Xatırladaq ki, ölkəmizi düşmən mediasında "dillər əzbəri” edən şəxs Nizami rayon İH-nin başçısı Arif Qasımovdur. Mərhumun atası Nazim Cəfərov bildirib ki, Nizami Rayon İcra Hakimiyyətindən ona "Şəhidlər Xiyabanı bağlıdır, orada yer yoxdur” cavabı verilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az