İCRA BAŞÇISININ ADAM BIÇAQLAMASI QALMAQALI BÖYÜYÜR

İCRA BAŞÇISININ ADAM BIÇAQLAMASI QALMAQALI BÖYÜYÜR

ZƏRƏRGÖRMÜŞ SƏFƏROVLAR AİLƏSİ RÖVŞƏN HƏSƏNOV TƏRƏFİNDƏN ÖLÜMLƏ TƏHDİD OLUNDUQLARINI İDDİA EDİRLƏR

Bir müddət əvvəl ölkə mətbuatında Ağcabədi rayon İcra başçısının əvəzi Rövşən Həsənovun vətəndaş Ramiz Səfərovu bıçaqlaması haqqında məlumat yayılmışdı. Həmin məlumat yayaıldıqdan sonra Rövşən Həsənov belə bir hadisəninin olmadığı barədə mətbuata açıqlama vermişdi. Amma görünür ki, qalmaqal hələ də öz həllini tapmayıb. Belə ki, zərərçəkənin 8 yaşlı qızı Fiqurə Səfərovun adından Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya, Baş Prokuror Zakir  Qaralova, Daxili İşlər Naziri  Ramil Usubova, Milli Təhlükəsizlik  Naziri Eldar Mahmudova, Pirezdent Admistiratsiyasının rəhbəri Ramiz Mehdiyevə və Ombudsman Elmira Süleymanovaya müraciət edilib.

Həmçinin PİA.AZ-ın elektron ünvanına yönəldilən müraciətdə Ramiz Səfərovun 8 yaşlı qızının adından bildirilir ki, Ağcabədi rayon İcra başçısının əvəzi Rövşən Həsənov şikayət ərizəsinin geri götürülməsi tələbi ilə onların ailəsini hədələyir və hətta ölümlə təhdid edir. Bu üzdən 16 nəfərlik ailə özünü təhlükədə hiss edir.

8 yaşlı Fiqurə bildirir ki, üç həftədən sonra məktəblər açılacaq. Amma o və kiçik bacısı məktəbə getməkdən qorxurlar. Çünki Rövşən Əhmədovun adamları onların ailəsini ölümlə hədələyirlər.

Müraciətdə həmçinin bildirilir ki, bir neçə gün bundan əvvəl Ramiz Səfərovun vəziyyəti ağırlaşıb. Lakin, onların çağırışna təcili yardım gəlməkdən imtina edib. Çünki Rövşən Əhmədov hadisədən bir neçə gün sonra baş həkimi kabinetinə çağıraraq onu işdən azad etməklə hədələyib ki, nəyə görə hadisə zamanı Ramiz Səfərovun sərxoş olması haqqında ekspertiza rəyi təşkil edilməyib.

8 yaşdı Fiqurə onu da bildirir ki, Rövşən Səfərov onun qohumları adından saxta sənədlər hazırlayıb ki, güya onlar şikayətlərini geri götürüblər.

Qeyd edək ki, bir müddət əvvəl Ramiz Səfərov qızı, anadangəlmə ürəkçatışmamazlığı xəstəsi olan və bu üzdən komaya girən 8 yaşlı Fiqurəni xəstəxanaya çatdırırkən maşını bərk sürdüyü üçün İcra başçısının əvəzedicisi Rövşən Səfərov tərəfindən saxlanılıb və baş verən mübahisə zəminində İcra Başçısının əvəzedicisi Rövşən Səfərov Ramiz Səaərovu bıçaqlayıb. Hazırda faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

pia.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az