İctimai Televiziyadan icra başçılığına — Biləsuvarın yeni icra başçısı kimdir?

İctimai Televiziyadan icra başçılığına — Biləsuvarın yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Miq.Az xəbər verir ki, yeni icra başçısı Faiq Qürbətov uzun illər gənclər sektorunda çalışıb.

O Gənclər Fondunda məsul vəzifədə işləyib. 

Faiq Qürbətovun son işi isə İctimai Televiziya olub. O İTV-nin mərkəzi aparatının rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, Faiq Qürbətov 2016-cı ildə gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az