İki ölkə Rusiyaya qarşı birləşir: “Moskvanın ən böyük qorxusu...”

İki ölkə Rusiyaya qarşı birləşir: “Moskvanın ən böyük qorxusu...”

"Rusiya Polşa-Ukrayna ittifaqının güclənməsindən qorxuduğu qədər heç nədən qorxmur”.

Miq.Az xəbər verir ki, bunu polşalı publisist Yerji Lyubax deyib.

Onun sözlərinə görə, bunu Rusiyanın "5-ci kolon”unun Polşa rəhbərliyinə hücumları sübut edir.

Lyubax Rusiyanı bütün qonşu ölkələrə "rus nizamı” tətbiq etməyə çalışmaqda ittiham edib.

Publisist hesab edir ki, Polşa milli maraqlar naminə Ukraynaya kömək etməlidir. O, Polşanın Ukraynanın yeganə potensial müttəfiqi olduğunu da bildirib.

Lyubax Ukrayna hakimiyyətini "Üç dəniz” təşəbbüsünə qoşulmağa çağırıb. Əks təqdirdə, bütün Şərqi və Mərkəzi Avropanın Rusiya-Almaniya kondominiuma çevrilə biləcəyini söyləyib.

Qeyd edək ki, "Üç dəniz” Adriatik, Baltik və Qara dənizlərə çıxışı olan 12 Avropa Birliyi ölkəsinin birliyidir.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az