İkinci neft böhranı gəlir - Səbəb

İkinci neft böhranı gəlir - Səbəb

Dünya bazarında neftin yenidən kəskin ucuzlaşacağı barədə narahatlıq yaranıb.

Miq.Az xəbər verir ki, bu barədə "Qoldman Saç” investisiya bankının analitikləri məlumat yayıb.

Analitiklərin sözlərinə görə, artıq hasilat və yeni tip koronavirusun ikinci dalğasının yaranma ehtimalı neftin qiymətinə mənfi təsir göstərəcək.

Bildirilib ki, neftə olan tələb 2021-ci ilə qədər aşağı ola bilər.

Digər tərəfdən, "Mitsubişi Korp.” şirkətinin neft bazarı üzrə risk meneceri Toni Nunan neftin qiyməti ilə bağlı pozitiv açıqlama verib.

O qeyd edib ki, ABŞ-da hasilatın kəskin şəkildə azaldılması neftin qiymətinə müsbət təsir göstərib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az