İldə 10 milyon adam ölür-antibiotik ehtiyatsızlığından

İldə 10 milyon adam ölür-antibiotik ehtiyatsızlığından
Dünyada antibiotiklərdən ehtiyatsız istifadəyə görə ildə 10 milyon adam ölür.

Miq.az publika.az-a istinadən bildirir ki, bununla bağlı  Ümumdünya Səhiyyə Təşkilatının həkimləri məlumat yayıb.
Həkimlərin sözlərinə görə, insanlar antibiotikləri adi dərman preparatları kimi həkim təyin etmədən qəbul edirlər. Antibiotiklərin dozasının artırılması ölümə səbəb ola bilər.
 
Bunu nəzərə alaraq, Britaniyanın Milli Fizika Laboratoriyasının əməkdaşları ana südündən yeni antibiotik hazırlayıblar. Bu preparat başqa dərmanların təsirinə davamlıdır.
 
Alimlər ana südündə olan zülalın orqanizmin hüceyrələrinə ziyan vurmadan xəstəlik törədən bakteriya və viruslara dərhal hücum etməyi bacardığını aşkar ediblər. Ana südü hətta bağırsaq çöpünü və sarı stafilokokku məhv edir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az