İrakli Qaribaşvilinin Azərbaycana səfəri başa çatıb.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri başa çatıb.
Vətəninfo.az -ın Gürcüstan mediasına istinadən məlumatına görə, baş nazir Qaribaşvili və prezident İlham Əliyev ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Gürcüstan baş nazirinin Bakıya işgüzar səfəri çərçivəsində baş tutan bu görüş Azərbaycan prezidentinin "Zuğulba” iqamətgahında keçirilib və 3 saat davam edib. Görüşün əvvəlində Azərbaycan prezidenti Gürcüstan baş nazirinin səfərinin əhəmiyyətini qeyd edib. Gürcüstan baş naziri isə iki ölkə arasında xeyirxah qonşuluq münasibətləri haqda danışıb.
İki ölkə liderləri siyasi-iqtisadi mövzuları və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. İnfrastruktur, energetika və nəqliyyat sahəsində əməkdaşlığın əhəmiyyəti, münasibətlərin dərinləşməsi perspektivləri müzakirə edilib. Daha sonra görüş dostluq naharında davam edib. Qərara alınıb ki, prezident İlham Əliyev yaxın vaxtlarda Gürcüstana səfər edəcək.
Qeyd edək ki, Gürcüstan baş nazirinin Bakıya səfəri qəfil xarakter daşıyıb və qonşu ölkə rəsmilərinin Azərbaycan qazından asılılığı azaltmaq planlarını açıqlamasından sonraya təsadüf edib. Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib ki, "Qazprom”la Gürcüstanın qaz təchizatına dair danışıqlar aparılır, habelə İrandan qaz alınmasına dair intensiv müzakirələr gedir.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?