İlham Əliyev pakistanlı həmkarına başsağlığı verib
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə Lahor şəhərindəki parkda törədilən partlayışla bağlı başsağlığı verib.
Miq.az xəbər verir ki, baş sağlığı məktubunda deyilir:
"Lahor şəhərindəki parkda törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi. Biz dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!"
Miq.az