İlham Əliyev Poroşenko ilə görüşdü

İlham Əliyev Poroşenko ilə görüşdü
Bu gün Davosda Azərbaycan prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub.

 Görüşdə Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub.

İki ölkə arasında iqtisadi sahədə, o cümlədən nəqliyyat, energetika, sərmayə qoyuluşu və digər istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə edilib. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. (APA)

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az