İlham Əliyev Qırğızıstanda səfərdədir

İlham Əliyev Qırğızıstanda səfərdədir

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının 25 illik yubiley sammitində iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekdə səfərdədir. 

Miq.az xəbər verir ki, dövlət başçısını "Manas" hava limanında baş nazir Sooronbay Jeenbekov qarşılayıb. 

İlham Əliyev Xarici işlər nazirləri səviyyəsində görüş başa çatdıqdan sonra günün ikinci yarısında dövlət iqamətgahı olan "Ala-Arça”da keçiriləcək toplantıya qatılacaq.

Qeyd edək ki, toplantıda Ermənistan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan dövlət başçıları da iştirak edəcək.


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az