İlham Əliyevdən 2,2 milyon manatlıq - Sərəncam

İlham Əliyevdən 2,2 milyon manatlıq - Sərəncam

Azərbaycan prezidenti İlham Əliyev Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Miq.az xəbər verir ki, sərəncamda deyilir:

"1. Otuz beş min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,2 milyon (iki milyon iki yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az